Şahzadə Uilyam və Keyt Middltonun təyyarəsi fırtınaya düşdü

18.10.2019 17:08

Britaniya şahzadəsiUilyamvə xanımıKeyt Middltonun təyyarəsi fırtınaya düşüb.

TASS xəbər verir ki, hava şəraitipis olduğundan şahzadə və xanımının olduğu təyyarə İslamabadda yerə enə bilməyib.

Təyyarə səmaya qalxdığı Lahor şəhərinin hava limanına geri qayıtmalı olub.

Bundan öncə təyyarə iki dəfə müxtəlif hava limanlarında enməyə cəhd göstərib. Lakin buna müvəffəq olmayıb.

Bildirilir ki, Uilyam və Keytə heç bir zərər dəyməyib və hər şeyqaydasındadır.

© xezerxeber.az


120 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR