Lavrovdan PROQNOZ: Bu ölkə yeni terrorçuluq mərkəzinə çevrilə bilər

16.10.2019 15:49

Liviya Afrikanın şimalında terrorçuların yeni bazası və digər ölkələrə yayılmasının mənbəyinə çevrilə bilər.

XəzərXəbər Trend-ə istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Soçidə xüsusi xidmət, təhlükəsizlik orqanları rəhbərləri ilə görüşündə deyib.

O bildirib ki, ölkədə davam edən şiddətli qarşıdurmalar təhlükəsizlik boşluğunun yaranmasına gətirib çıxarıb:

"Bu boşluq fonunda müxtəlif terrorçu qruplaşmaları baş qaldırır, Liviyaya İraqdan və Suriyadan silahlılar toplanır".

© xezerxeber.az


167 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR