Türkiyə Prezidenti: “Qətliam görmək istəyənlər Dağlıq Qarabağa baxsın”

16.10.2019 13:55

"Türkiyə tarixin heç bir dönəmində mülki əhalini qətlə yetirməyib”.

Xezerxeber.az-ın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) qrup iclasında çıxışı zamanı deyib.

"Qətliam görmək istəyənlər Əfqanıstana, Arakana, Qafqazda Dağlıq Qarabağa, Balkan yarımadasında Bosniya və Herseqovinaya baxsın. Türkiyəni mülki əhalini öldürməkdə günahlandıranların gözü kor, qulağı, kar, dili lal, ürəkləri daşlaşıb”, - deyə Ərdoğan qeyd edib.

© xezerxeber.az

FOTOQALERIYA






158 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR