Rusiya bu qərardan sonra 7,7 milyard dollar itirdi

16.10.2019 13:56

Rusiya valyuta ehtiyatlarındakı dolları avro, yuan və qızılla əvəz etmək qərarını verdikdən sonra 7,7 milyard dollar itirib.

Axar.az xəbər verir ki, bu məlumatı "Blumberq” agentliyi yayıb. Agentlik Moskvanın dedollarizasiya nəticəsində yaranan itkiləri qızıla yatırımlar edərək, qismən kompensasiya edə biləcəyini bildirib.

Qeyd edək ki, hazırda Rusiyanın Avropa Birliyinə ixracatda avro ilə hesablaşma payı 32%-dən 42%-ə yüksəlib. Ölkənin rezervlərinin isə 40%-i hazırda qızılla saxlanılır. Bu da 2000-ci ildə bu yana qeydə alınan ən böyük rəqəmdir.

© xezerxeber.az


106 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR