Kral ailəsinin ən çətin səfəri başladı - Min polis səfərbər edildi

16.10.2019 12:06

Böyük Britaniya şahzadəsi Uilyamla həyat yoldaşı Keyt Middlton Pakistana rəsmi səfər ediblər.

Cütlüyün ən qarışıq və çətin adlandırılan bu səfərində onları qoruması üçün 1000 polis səfərbər edilib.

Xatırladaq ki, mərhum Uels şahzadəsi, Uilyamın anası Diana 1996-cı ildə ailəsi tərəfindən edilən xəbərdarlıqlara baxmayaraq yenə də Pakistana gedib.

Bu həmçinin kral ailə üzvlərinin Pakistana 13 ildən sonra ilk ziyarətidir.

Qeyd edək ki, şahzadə Çarlzın 2006-cı il səfərindən sonra, kral ailə üzvlərinin Pakistana ilk gəlişidir.

© xezerxeber.az


102 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR