Bu gün ABŞ-ın vitse-prezidenti və dövlət katibi Türkiyəyə səfər edəcəklər

16.10.2019 10:29

Bu gün ABŞ-ın vitse-prezidenti Mayk Pens və dövlət katibi Mayk Pompeo Türkiyəyə səfər edəcəklər.

Xezerxeber.az-ın xəbərinə görə, bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib.

O bildirib ki, M. Pens və M. Pompeo Türkiyədən atəşkəs tələb edəcəklər.

"Türkiyəyə və başqalarına qarşı sərt davranacağıq. Sülh və təhlükəsizliyi davam etdirmək məcburiyyətindədirlər. Pens və Pompeonun yer aldığı nümayəndə heyəti Türkiyədən atəşkəs tələb edəcək”, - deyə ABŞ Prezidenti vurğulayıb.

Səfər zamanı Suriya məsələsinin müzakirə olunacağı bildirilir.

© xezerxeber.az


103 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR