ABŞ-ın vitse-prezidenti atəşkəs danışıqları üçün Türkiyəyə gedəcək

16.10.2019 09:42

"ABŞ-ın vitse-prezidenti Mayk Pens Suriyanın şimal-şərqindəki kürd qüvvələri ilə Türkiyə ordusu arasında atəşkəs barədə danışıqlar aparmaq üçün 24 saat ərzində Türkiyəyə gedəcək”.

Xezerxeber.az xəbər verir ki, bu barədə "France Presse” agentliyinə amerikalı rəsmi dairələrdən bildirilib.

"Birinci prioritetimiz atəşkəsə nail olmaq və vəziyyəti nəzarətə götürmək üçün diplomatiyamızı işə salmaqdır”, - deyə agentlik mənbənin sözlərindən sitat gətirib.

Qeyd olunur ki, Pensi ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Robert O'Brayen və ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri müşayiət edəcək.

© xezerxeber.az


93 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR