Gürcüstanda zəlzələ olub

16.10.2019 09:29

Oktyabrın 15-də axşam saatlarında Gürcüstanın İmereti regionunda 4,6 bal gücündə zəlzələ baş verib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Seysmoloji Monitorinq Mərkəzi məlumat yayıb.

Yeraltı təkanlar yerli vaxtla saat 18:57-də Xaraqauli qəsəbəsindən 8 kilometr aralıda Çalxeeti kəndində qeydə alınıb.

Tələfat və dağıntı barədə məlumat verilmir.

© xezerxeber.az


112 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR