İran polisi iki tondan çox narkotik vasitə müsadirə edib

13.10.2019 15:39

İran polisi narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısını almaq məqsədilə xüsusi əməliyyatları davam etdirir.

Zahedan şəhərində keçirilən növbəti əməliyyat zamanı 2 ton 219 kiloqram narkotik maddə müsadirə edilib.

Şəhərin polis rəisi Məhəmməd Qəmbəri jurnalistlərə bildirib ki, bu gün səhər saatlarında Əfqanıstan-İran sərhədini keçən avtomobillərdə baxış olub. Nəticədə 1 ton 819 kiloqram tiryək, 313 kiloqram həşiş, 70 kiloqram metamfetamin və 16 kiloqram heroin aşkarlanaraq müsadirə olunub.

Faktla bağlı cinayət işi açılıb və araşdırma aparılır. (AZƏRTAC)

© xezerxeber.az


102 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR