Ərdoğan öldürülən terrorçuların sayını açıqlayıb

10.10.2019 14:53

Suriyanın şimalında "Barış bulağı” hərbi əməliyyatları başladığı vaxtdan etibarən indiyə kimi 109 terrorçu öldürülüb.

Xezerxeber.az-ın xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Hərbi əməliyyatların davam etdiyini vurğulayan Prezident açıqlayıb ki, öldürülən terrorçulardan başqa, yaralılar və təslim olanlar da var. 

Ərdoğan onu da deyib ki, son 4 ildə Türkiyədə 7500, ölkə sərhədlərindən kənarda 8500, ümumilikdə 16 min terrorçu məhv edilib.

Türkiyə Prezidenti bildirib ki, 5500 İŞİD-çi haradan gəlmişdisə, ora da göndərilib.

Ərdoğan qeyd edib ki, "Barış bulağı” hərəkatının məqsədi Suriyanın ərazi bütövlüyünə dəstək verməkdir.

© xezerxeber.az

FOTOQALERIYA






187 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR