Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Yaponiya hökuməti ekoloji təmiz texnologiyalar üçün 280 milyard dollar ayıracaq

10.10.2019 14:44

Yaponiyanın Baş Naziri Şinzo Abe parnik qəzalarının qarşısının alınması məqsədilə texnologiyaların hazırlanmasının zəruriliyini bildirib. Qeyd edib ki, Yaponiya hökuməti və özəl sektor qarşıdakı 10 ildə bu məqsədlə 30 trilyon yen (təqribən 280 milyard dollar) investisiya ayıracaq.

AZƏRTAC xəbər verir ki, Yaponiyanın Baş Naziri bu bəyanatla oktyabrın 10-da Tokioda bütün dünyadan gəlmiş sənaye və maliyyə liderlərinin toplantısı zamanı çıxış edib. O qeyd edib ki, karbon qazının daha az atıldığı cəmiyyətin formalaşması təxirəsalınmaz vəzifədir. Deyib ki, Yaponiya G20 ölkələrinin tədqiqat institutlarının 120 mindən çox mütəxəssisinin biliklərini birləşdirməyə dəstək verməyə hazırdır. O əlavə edib ki, Yaponiya hökuməti gələn il təmiz enerji üzrə beynəlxalq mərkəzin yaradılmasını planlaşdırır.

© xezerxeber.az


109 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR