Ərdoğan Trampla F-35 qırıcılarının çatdırılmasını müzakirə edəcək

10.10.2019 09:39

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfəri zamanı həmkarı Donald Trampla F-35 qırıcılarının çatdırılması məsələsini müzakirə etmək niyyətindədir.

Türkiyə KİV-i xəbər verir ki, bu haqda Ərdoğanın özü bildirib.

Türkiyə prezidentinin Vaşinqtona səfəri noyabrın 13-nə nəzərdə tutulub.

Sentyabrın sonunda isə Türkiyə KİV-i xəbər verirdi ki, Vaşinqton Ankaraya "Patriot” zenit-raket kompleksləri və F-35 qırıcılarının çatdırılması üzrə yeni təklif verə bilər./publika

© xezerxeber.az


102 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR