Belarus Prezidenti Aİ ilə viza rejiminin sadələşdirilməsi və readmissiya haqqında sazişləri imzalayıb

20.09.2019 14:36

Belarus Avropa İttifaqı ilə viza rejiminin sadələşdirilməsi və readmissiya haqqında sazişlərin daxili prosedurlarını başa çatdırıb.

AZƏRTAC BELTA-ya istinadla xəbər verir ki, bu barədə keçirdiyi brifinqdə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anatoli Qlaz məlumat verib.

Onun sözlərinə görə, Belarus Prezidenti Aleksandr Lukaşenko Avropa İttifaqı ilə viza rejiminin sadələşdirilməsi və readmissiya ilə bağlı müqavilələri imzalayıb. Belarus tərəfi həmişə beynəlxalq cəmiyyətdə insanlar arasında münasibətlərin asanlaşdırılmasının tərəfdarı olub. "Bu addımdan əvvəl Avropa İttifaqı ilə olduqca mürəkkəb və uzun bir danışıqlar prosesi baş tutub. Nəticədə hər iki tərəfin maraqlarını tam nəzərə alan mətnlərin hazırlanması mümkün olub", - deyə XİN sözçüsü əlavə edib.

Razılaşmaya əsasən Belarus və Avropa İttifaqı arasında Şengen vizası 60 avrodan 35 avroya düşüb. Şengen vizasının verilməsi müddəti isə 30 gündən 10 günə qədər enib.

© xezerxeber.az


105 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR