İran Səudiyyə Ərəbistanına sülh əlini uzatdı

20.09.2019 14:15

İranla Səudiyyə Ərəbistanı arasında geniş çərçivədə sülh yaratmaq mümkündür.

Bunu İran prezidenti Həsən Ruhaninin köməkçisi Hüsaməddin Aşina deyib.

Eyni zamanda, İran Hökuməti Strateji Araşdırmalar Mərkəzinə rəhbərlik edən Aşina fikirlərini tvitter hesabından paylaşıb: "ABŞ tərəfindən gerçəkləşdiriləcək hər tip hərbi təşəbbüs bölgədə topyekun müharibə ilə nəticələnəcək. Səudiyyəlilər fərqli yol seçərsə, İranla tam əhatəli sülhə nail ola bilərlər”

Qeyd edək ki, ABŞ Səudiyyə Ərəbistanın ən böyük neft platformalarından biri olan "Saudi Aramco”ya edilən hücumun arxasında İranın dayandığını iddia edir./publika.az

© xezerxeber.az


126 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR