Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Litva Polşa və Baltikyanı ölkələrə vahid hava hücumundan müdafiə sistemi yaratmağı təklif edir

20.09.2019 09:29

Litva hökuməti Latviya, Estoniya və Polşanın birlikdə vahid regional hava hücumundan müdafiə sisteminin yaradılması təklifini irəli sürüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Litva telekanallarından birinin efirində Litva Prezidentinin müdafiə məsələləri üzrə müşaviri Vytautas Jukas məlumat verib.

Müşavir deyib ki, birlikdə hava məkanının təhlükəsizliyini təmin etmək daha asan olardı. Belə ki, bu məsələdə NATO da yaxından kömək edə bilər.

Qeyd edək ki, hər dörd ölkə - Litva, Latviya, Estoniya və Polşa Şimali Atlantika Alyansının (NATO) üzvüdür.

© xezerxeber.az


92 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR