Ukrayna müdafiə xərclərini 10 milyard dollara çatdıracaq

16.09.2019 16:48

Ukrayna höküməti 2020-ci il büdcə layihəsində 245 milyard qrivnadan çox vəsaiti müdafiə və təhlükəsizlik məsələlərinə ayırıb.

RBK xəbər verir ki, bu haqda ölkənin maliyyə naziri Oksana Markarova bildirib.

"Biz 245,8 milyard qrivnanımüdafiə və təhlükəsizliklə bağlı qurumlara yönəltməyi nəzərdə tutmuşuq”, - deyə nazir bildirib.

Onun sözlərinə görə, bu sahə büdcə xərclərinin prioritet istiqamətihesab olunur.

Sentyabrın 15-də Nazirlər kabineti "Ukraynanın 2020-ci ilə dövlət büdcəsi haqqında” qanun layihəsini Ali Radaya təqdim edib.

© xezerxeber.az


119 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR