Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Dünya böyük fəlakətlə QARŞI-QARŞIYA: hər an partlada bilərlər

16.09.2019 16:02

Yəməndə fəaliyyət göstərən Husilər terror təşkilatı Səudiyyə Ərəbistanını təhdid edib.

Daha əvvəl "Amarco” neft email zavodunu partladan İran dəstəkli terrorçular yenidən hücum edə biləcəklərini açıqlayıb.

"Səudiyyə Ərəbistanının neft təsisi "Amarco”da yerləşən şirkətləri və xariciləri xəbərdar edirik: hər an yenidən hücum edə bilərik”,- təşkilatdan verilən açıqlamada deyilir.

Qeyd edək ki, "Amarco”nun iki zavodu həftə sonu gecə saatlarında Silahlı Pilotsuz Uçuş Aparatlarının hücumuna məruz qalmış, partlayışın ardınca yanğın çıxmışdı.

ABŞ Dövlət Departmanetinin rəhbəri Mayk Pompeo Səudiyyə Ərəbistanındakı iki neft emalı zavoduna edilən hücuma görə İranı günahlandırıb və hücumların Yəməndən olduğuna dair dəlil tapılmadığını bildirib.

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Seyid Abbas Musəvi isə bu ittihamları təkzib edib.

ABŞ zavodların son vəziyyətini göstərən peyk görüntülərini paylaşıb. Görüntülərdə zavodların böyük həcmdə zərər gördüyü ortaya çıxıb. Səudiyyə Ərəbistanının Enegetika naziri Əbdüləziz ibn Salman hücum səbəbilə neft emalının müvəqqəti dayandırıldığını açıqlayıb. Bundan sonra dünya birjalarında Brent markalı neft 18% bahalaşıb./publika.az

© xezerxeber.az


213 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR