Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

İran bu görüntüləri CANLI yayımlayacaq - ABŞ-ı hiddətləndirəcək KRİTİK SU-35 GÖRÜŞÜ

16.09.2019 13:40

Türkiyə-Rusiya-İran üçlü zirvəsi Ankarada öz işinə başlayıb.

İran prezidenti Həsən Ruhani toplantıdan öncə jurnalistlərə açıqlamasında "bölgədə sağlam sabitliyin olmasını istəyiriksə, ABŞ-ın işğalı başa çatmalıdır” ifadələrini işlədib.

Rusiya tərəfdən isə Kremlin Xarici Siyasət üzrə məsləhətçisi Yuri Uşakov Ərdoğan-Putin görüşü barədə açıqlama verib. O bildirib ki, Suriya ilə yanaşı, Moskvada əldə olunan razılaşmaların dəyərləndirilməsi də məhz bu görüşdə aparılacaq. Həmçinin, hərbi texniki əməkdaşlıq müzakirə olunacaq.

***

Bu gün Ankarada Çankaya Köşkündə Türkiyə, Rusiya və İran liderlərinin iştirakı ilə Suriya böhranının həlli üçün təşkil olunan üçlü zirvənin beşincisi keçiriləcək.

Zirvədə İdlib başda olmaqla, Suriyadakı kritik proseslər müzakirə ediləcək.

Zirvə görüşündən öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iki liderlə təkbətək görüşəcək. Daha sonra ilk dörd zirvədə alınan qərarlar nəzərdən keçiriləcək. Toplantının ana gündəmi isə İdlib olacaq. Üç milyondan çox insanın məskəni olan İdlib bölgəsindən ehtimal edilən bir köç dalğası Türkiyə qədər Avropaya da təsirsiz ötüşməyəcək.

Ərdoğan-Putin və Ərdoğan-Ruhani görüşü

Bu toplantılarda başda ABŞ-la gərginliyə səbəb olan S-400 olmaqla, Su-35 qırıcıları, müdaifə sənayesi ilə iqtisadi münasibətlər müzakirə ediləcək. Daha sonra liderlər mətbuat qarşısına çıxacaq. Altıncı zirvənin keçirilməsi qərarlaşdırılarsa, bu, İranın paytaxtında baş tutacaq. İran hökuməti bu zirvəni canlı yayımlamaq niyyətindədir.

Ana gündəm

İdlib, Münbiç və Fəratın şərqindəki proseslər detallı şəkildə dəyərləndiriləcək. Fəratın şərqində təhlükəsiz bölgənin qurulması, atılacaq addımlar, Suriyada siyasi keçid müddəti, Konsitutsiya Komissiyasının işləri, təhlükəsiz bölgələrə qaçqınların geri qaytarılması, ehtimal edilən köç dalğalarının qarşısının alınması zirvə görüşünün əsas müzakirə mövzuları olacaq.

Qeyd edək ki, Türkiyə-Rusiya-İran üçlü zirvəsi ilk dəfə 22 noybar 2017-ci ildə Suriyada vətəndaş müharibəsinin böyüməsindən sonra keçirilməyə başlanıb. Toplantıda dörd kritik qərar qəbul edilib: Suriya toplumunun bütün təbəqlərinin təmsilçilərinin iştirakı ilə Suriya daxilində geniş dialoq üçün dəstək, Suriyanın suverenliyinin, vahidliyinin və ərazi bütövlüyünün qorunması, İŞİD, Əl-Nusra və digər təşkilatların məhv edilməsi üçün əməkdaşlığın genişləndirilməsi, Suriyanın yenidən qurulması məqsədilə genişmiqyaslı proqramın qəbul edilməsi üçün hümanitar yardımların həcminin ikiqat artırılması./publika.az

© xezerxeber.az


179 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR