Gürcüstan Prezidentinin oğlu Yelisey sarayında işə düzəlib

16.09.2019 13:37

Gürcüstan Prezidenti Salome Zurabişvilinin oğlu Teymuraz Qorcestani Fransanın Yelisey sarayındakı diplomatiya şöbəsində Asiya, Şimali və Latın Amerikası üzrə müşavir vəzifəsində işləyəcək.

Xezerxeber.az xarici KİV-lərə istinadən xəbər verir ki, Fransa vətəndaşı olan Teymuraz bu ölkənin Prezident sarayında diplomat kimi fəaliyyət göstərəcək. Qeyd olunur ki, anasının peşəsini davam etdirən Qordcestani son illər Fransanın BMT yanındakı diplomatik nümayəndəliyində işləyib.

Məlumatda bildirilir ki, Teymuraz Gürcüstanın xanım Prezidentinin İran mənşəli gürcü ilə olan ilk nikahından dünyaya gəlib. Salome Zurabişvilinin qızı Ketevan isə anasının uşaqlıq arzusunu yerinə yetirərək Fransada jurnalist peşəsinə yiyələnib.

© xezerxeber.az

FOTOQALERIYA






96 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR