Hindistanda səyahət gəmisi batıb, 11 nəfər ölüb

15.09.2019 17:46

Hindistanın Andhra Pradeş ştatında səyahət gəmisinin batması nəticəsində ən azı 11 nəfər ölüb, bir neçə nəfər itkin düşüb.

Hindistan KİV-ləri xəbər yayıb ki, hadisə Qodavari çayında baş verib. Göyərtəsində təxminən 60 nəfərin olduğu gəmi Qandipoçamma məbədindən Papikondalu turizm məkanına doğru gedirmiş. Dərhal hadisə yerinə xilasedicilər cəlb olunub.

Bildirilir ki, qəzaya səbəb son günlər şiddətli yağışlar səbəbindən həmin çayda iti su axını olub.

© xezerxeber.az


122 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR