Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Netanyahu İordan vadisini anneksiya edəcəyini vəd edir

11.09.2019 12:26

Seçkilərdə "Likud" partiyası qalib gələrsə, İsrail müstəqilliyiniİordaniya vadisinə yayacaq.

"RİA Novosti" xəbər verir ki, bunu baş nazirBinyamin Netanyahu xüsusi video müraciətdə bildirib.

Onun sözlərinə görə, seçkilərdən sonra ABŞ-ın hazırladığı "əsrin sazişi"təqdim ediləcək. Bu, Fələstin-İsrail münaqişəsinin nizama salınması üzrə plandır.

"Bu tarixi fürsətdir. Biz İsrail qanunvericiliyini tariximiz və mədəniyyətimizə bağlı olan qəsəbələrəyaya bilərik. Əgər biz İsrail vətəndaşlarından bu hərəkətlərə görə mandat alsaq, seçkilərdən dərhal sonra orada İsrailin müstəqilliyini yaymaq olar. Bu gün mən İsrailin suverenliyiniİordaniya vadisinə vəÖlü dənizin şimalına yaymaq niyyətimi bildirirəm", - Netanyahu qeyd edib.

Netanyahu ilk addımlarını yeni Nazirlər Kabinetinin formalaşmasından sonra atmaq niyyətindədir. Knessetə seçkilər sentyabrın 17-də keçiriləcək.

© xezerxeber.az


128 dəfə oxunub

XƏBƏRLƏR

14.11.2019 23:12

Türkiyə Avro-2020-də

ÇOX OXUNANLAR