Yaponiyada tayfun təhlükəsi: Reyslər təxirə salındı

08.09.2019 15:22

Yaponiya aviaşirkətləri "Faksay" tayfunu səbəbindən 103 daxili aviareysi təxirə salıblar.

"JR" dəmiryolu şirkətidə öz növbəsində Tokio və Osaka şəhərləri arasında hərəkət edən sürətli ekspreslərin sayını azaldıb.

Bildirilir ki, hazırda iki şəhər arasında hərəkət edən 50 qatar reysi təxirə salınıb.

Yaponiyanın Milli Meteorologiya Bürosunun proqnozlarına əsasən, tropik qasırğa axşam saatlarında mərkəzi Sidzuoka prefekturasına yaxınlaşacaq və paytaxt tərəfə hərəkət edəcək.

Qeyd edək ki, "Faksay" bu il Sakit okeanda formalaşan 15-ci tayfundur. Onun episentrində küləyin sürəti saniyədə 40 metrə çatır.

© xezerxeber.az

FOTOQALERIYA






112 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR