İmperatriçə əməliyyat olunacaq – Xərçəng

08.09.2019 13:14

Yaponiyanın fəxri imperatriçəsi Mitiko döş xərçəngi əməliyyatına girəcək.

Bu barədə "Sohu” informasiya portalı məlumat yayıb.

Hazırkı imperator Naruhitonun anası, 84 yaşlı Mitiko bədxassəli döş şişini çıxarmaq üçün əməliyyata hazırlaşmaq məqsədilə Tokio Universiteti Xəstəxanasına aparılıb. Bu gün fəxri imperatriçə bütün lazımi testlərdən keçəcək və ertəsi gün əməliyyat ediləcək.

Əməliyyatın təxminən dörd saat davam edəcəyi gözlənilir./teleqraf

© xezerxeber.az


90 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR