Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Ordu tarixində ilk: Bir qadın…

08.09.2019 13:04

ABŞ ordusunda xidmət edən general-mayor Maria Lodi Barrettin bacısı Paula Lodiyə general-polkovnik rütbəsi verilib.

Paula Lodi bununla ABŞ ordusu tarixində bu rübətini alan ilk qadın olub.

Barrett və Lodinin italyan miqrant olan ataları Ruston Lodi İkinci Dünya Müharibəsində iştirak edib və "Gümüş ulduz” medalı ilə təltif olunub. Atalarını özlərinə örnək alan bacıların orduda xidmət etməsində məqsəd sadəcə məktəb xərclərini ödəyə bilmək olub.

ABŞ ordusu 1901-ci ilədək qadınları öz sıralarına qəbul etmirdi. Bu gün isə qadınlar Amerika Silahlı Qüvvələrinin 1.3 milyon aktiv qüvvəsinin 16%-ni təşkil edir. ABŞ ordusunda 417 general rütbəsi alan qadın var./teleqraf

© xezerxeber.az


99 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR