Çində daha bir güclü zəlzələ oldu

08.09.2019 12:38

Çinin Sıçuan əyalətində daha bir zəlzələ baş verib.

Maqnitudası 4,3 olan zəlzələ yerli vaxtla saat 10:36-da qeydə alınıb.

Yeraltı təkanların episentri Çendu şəhərindən 140 kilometr cənubda, ocağı isə 7 kilometr dərinlikdə yerləşib.

Qeyd edək ki, daha əvvəl yerli vaxtla saat 06:42-də Sıçuan əyalətində 5,4 bal gücündə zəlzələ olub. Zəlzələ nəticəsində 1 nəfər həlak olub, 29 nəfər isə yaralanıb./teleqraf

© xezerxeber.az


79 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR