Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

İran ABŞ-ın Demokratiyanı Müdafiə Fonduna sanksiya tətbiq edib

25.08.2019 12:37

İran Xarici İşlər Nazirliyi (XIN) ABŞ-ın Demokratiyanı Müdafiə Fondu və Fondun direktoru Mark Duboviçi sanksiya siyahısına daxil edib.

APA-nın İRNA agentliyinə istinadən verdiyi məlumata görə, rəsmi Tehran ABŞ-ın Demokratiyanı Müdafiə Fondu və Fondun direktoru Mark Duboviçin İrana qarşı sanksiyaların hazırlanmasında iştirak etdiyini bəyan edib.

İran XİN-nin bəyanatında qeyd edilib ki, ABŞ-ın "iqtisadi terror"u İranda rejimi dəyişmək, hökumətin qərarlar qəbul etməsinə təsir göstərmək, ölkənin təhlükəsizliyi və suverenliyinə zərbə vurmaq məqsədi daşıyır.

© xezerxeber.az


115 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR