Cənubi Koreya KXDR-in raket sınaqlarından narahatdır

24.08.2019 14:11

KXDR-də keçirilən yeni raket sınaqları Koreya Respublikasını narahat edir.
Xezerxeber.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Milli Təhlükəsizlik Şurasının təcili iclasının nəticəsinə əsasən qəbul edilən bəyanatda bildirilir. İclas iştirakçıları yeni sınaqlarla bağlı narahatlıqlarını ifadə edib və Şimali Koreyanı gərginliyin artmasına səbəb olacaq fəaliyyətlərdən çəkinməyə çağırıblar.
Cənubi Koreya Birləşmiş Qərargah Rəisləri Komitəsindən verilən məlumata görə, avqustun 24-də KXDR-in Yapon dənizi istiqamətində buraxdığı ballistik raketlər 380 kilometr məsafə qət edib. Raketlərin uçuş hündürlüyü maksimal nöqtədə 97 kilometrə çatıb.
Xatırladaq ki, KXDR yay aylarında raket sınaqlarını bərpa edib. Sonuncu raket sınağı avqustun 10-da həyata keçirilmişdi. O zaman yaxın məsafəli iki ballistik raket 400 kilometr məsafə qət etmişdi.

© xezerxeber.az


92 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR