Rusiyada kəskin istilərlə bağlı xəbərdarlıq edildi

23.08.2019 17:11

Rusiyanın Krasnodar diyarında güclü istilərlə əlaqədar xəbərdarlıq edilib.

Trend-in məlumatına görə, növbəti iki gün ərzində regionda 39 dərəcə isti gözlənilir.

Soçi şəhərinin sakinlərinə və digər kurort bölgələrə səfər edən turistlərə ehtiyatlı olmaq, günorta saatlarında açıq havada gəzməmək tövsiyə edilib.

Avqustun 25-də temperaturun azalacağı proqnozlaşdırılır.

© xezerxeber.az


133 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR