Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

İsrail Kiyevdə İnformasiya Texnologiyaları Mərkəzi açacaq

19.08.2019 17:28

İsrail Kiyevdə İnformasiya Texnologiyaları Mərkəzi açacaq.

Xezerxeber.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benjamin Netanyahu Ukrayna Prezidenti Vladimir Zelenski ilə birlikdə Kiyevdə keçirdiyi brifinqdə məlumat verib. Onun sözlərinə görə, Ukraynada informasiya texnologiyalarında çalışa biləcək çox sayda istedadlı gənclər var. Benjamin Netanyahu qeyd edib ki, İsrail şirkətləri Ukraynada kompüter mühəndisliyi, informasiya texnologiyaları sahəsində olan 50 minə yaxın ukraynalı ilə işləyir. İsrail Ukraynada yüksək informasiya texnologiyalarının tətbiqində maraqlıdır və bu sahədə layihələrini həyata keçirir.

Qeyd edək ki, İsrailin Baş naziri Benjamin Netanyahu avqustun 19-dan Ukraynada rəsmi səfərdədir. Səfər zamanı ikitərəfli əməkdaşlığın güncləndirilməsinə dair bir neçə saziş imzalanıb.

© xezerxeber.az


100 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR