İranlı general: ABŞ əsassız olaraq İranı neft tankerlərinə hücumlarda ittiham edir

18.08.2019 16:09

İran Hərbi Dəniz Donanması Fars körfəzində istənilən gəmini ələ keçirə bilər, hətta onu ABŞ və ya Böyük Britaniya qüvvələri müşaiyət etsə belə.

AZƏRTAC xəbər verir ki, bu sözləri İran İslam İnqilabının Keşikçiləri Korpusunun dəniz qüvvələrinin komandanı, admiral Əlirza Tangsiri deyib.

İRİNN televiziyasında çıxışı zamanı admiral bildirib ki, İnqilab Keşikçilərinin dəniz qüvvələri Hörmüz boğazında və Fars körfəzində təhlükəsizliyi müstəqil şəkildə təmin etməyə qadirdir. Bunun üçün İranın hansısa xarici köməyə ehtiyacı yoxdur.

Admiral onu da nəzərə çatdırıb ki, əgər körfəzdə hansısa formada xarici qüvvələri görünsə bu müharibəyə gətirib çıxaracaq. Onun sözlərinə görə, ABŞ və Böyük Britaniya körfəzdə hərbi gəmilər göndərmək üçün müxtəlif bəhanələr uydururlar. O deyib ki, ABŞ əsassız olaraq İranı neft tankerlərinə hücumlarda ittiham edir.

© xezerxeber.az


92 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR