İŞİD Kabildə toyda törədilən terror aktına görə məsuliyyəti üzərinə götürüb

18.08.2019 15:59

İŞİD terror təşkilatı dünən Kabildə törədilən terror aktına görə məsuliyyəti üzərinə götürüb.

Xezerxeber.az-ın xəbərinə görə, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Qeyd edək ki, avqustun 17-də Kabildə toyda törədilən partlayış nəticəsində 63 nəfər ölüb, 182 nəfər yaralanıb. Əfqanıstan Daxili İşlər Nazirliyi partlayışı terrorçu-kamikadzenin törətdiyini açıqlayıb.

© xezerxeber.az


97 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR