Əfqanıstanda törədilmiş partlayış azı 11 nəfərin həyatına son qoyub

18.08.2019 13:48

Əfqanıstanın Bəlx əyalətinin Daulat Abad rayonunda partlayış törədilib.
Xezerxeber.az RİA informasiya agentliyinə istinadən xəbər verir ki, yol kənarında quraşdırılmış bombanın partladılması nəticəsində azı 11-nəfər həyatını itirib.
Rayonun rəhbəri Məhəmməd Yusuf bildirib ki, nəqliyyat vasitəsinə yerləşdirilmiş bombanın işə salınması nəticəsində güclü partlayış baş verib. O, bəzi cəsədlərin tanınmaz hala düşdüyünü qeyd edib. Ölənlərdən 5-nin bir ailənin üzvü olduğu bildirilir.

© xezerxeber.az


97 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR