Türkiyə Suriyanın şimalında pilotsuz aparatlardan istifadəyə başlayıb

14.08.2019 18:09

Türkiyəyə məxsus pilotsuz aparatlar Suriyanın şimalında keçiriləcək antiterror əməliyyatlarına hazırlıq məqsədilə fəaliyyətə başlayıb.

Xezerxeber.az xəbər verir ki, bu aparatlar Fərat çayının şərqini terrorçulardan təmizləmək məqsədilə Türkiyə və ABŞ hərbçilərindən ibarət yaradılan Birgə Hərəkət Mərkəzinin (BHM) fəaliyyəti üçün kəşfiyyat məlumatları toplayır. Qeyd edək ki, Türkiyə və ABŞ hərbçilərinin yaratdığı BHM Şanlıurfa bölgəsində qurulub.

© xezerxeber.az


71 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR