Braziliyada 30 milyon dollar dəyərində qiymətli metal qarət olunub

26.07.2019 17:12

Braziliyanın aeroportunda silahlı soyğunçular 30 milyon dollar dəyərində qızıl və digər qiymətli metal qarət ediblər. AZƏRTAC Braziliyanın rəsmi Agencia Brasil agentliyinə istinadla xəbər verir ki, San-Paulu-Quarulhos Beynəlxalq Aeroportunun yük terminalını hədəf alan 9 nəfərdən ibarət silahlı quldur qrupu burada Braziliya federal polisə məxsus iki avtomobilə hücum edib. Üzləri maskalı dörd qarətçi avtomobillərdən birini ələ keçirib. Silahlılar aeroportun iki əməkdaşını girov götürüblər. Onlardan biri logistika nəzarətçisi olub və sonradan azad edilib.

Silahlı quldurlar yük terminalında olan və Sürixdən Nyu-Yorka göndərilən 750 kiloqram ağırlığında qızıl və digər qiymətli metalları ələ keçiriblər. Rəsmi agentlik bildirir ki, qarət zamanı silahlardan atəş açılmayıb və xəsarət alan olmayıb.

Braziliya Federal Yol Polisinin məlumatına görə, quldurlar aeroportun yük terminalında qiymətli metalların olması barədə məlumatlı olublar.

© xezerxeber.az


150 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR