Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Çinin patrul gəmiləri Yaponiyanın ərazi sularına girib

26.07.2019 13:07

Çinin patrul gəmiləri Yaponiyanın Aomori prefekturasının yaxınlığında bu ölkənin ərazi sularına girib.

AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, Çinin iki keşikçi gəmisi gecə saatlarında Yaponiyanın ərazi sularına girib. Yaponiya Sahil Mühafizə Xidmətinin məlumatına görə, onlar 45 dəqiqə ərzində ərazi sularında qalıb və yapon patrul xidmətinin səsucaldan qurğular vasitəsilə təkidli tələbindən sonra geri çəkiliblər. Lakin bir saatdan sonra Çin gəmiləri yenidən eyni yerə qayıdıb və daha 50 dəqiqə Yaponiyanın ərazi sularında qalıb.

Qeyd olunur ki, 2017-ci ildə də iki ölkənin gəmiləri arasında bənzər insident olub. Həmin vaxt Yaponiya hökuməti Çinə etiraz notası göndərməyib, yalnız öz narahatlığını ifadə etməklə kifayətlənib. BMT-nin dənizçilik hüququ Konvensiyasının müddəalarına görə, bir ölkənin gəmilərinin yalnız sülhməramlı məqsədlə başqa ölkənin sularında dayanmamaq şərti ilə üzməsinə icazə verilir.

© xezerxeber.az


92 dəfə oxunub

XƏBƏRLƏR

24.08.2019 12:05

Qəbələdə ev yanıb

ÇOX OXUNANLAR