Ukraynada növbədənkənar parlament seçkilərinin nəticələri açıqlanıb

26.07.2019 12:11

Ukraynada parlament seçkilərində səsvermənin hesablanması tam başa çatıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ukrayna Mərkəzi Seçki Komissiyasının rəsmi saytında məlumat yayılıb.

Nəticələrə əsasən, Ukrayna Prezidenti Vladimir Zelenskinin "Xalqın Xidmətçisi” partiyası 43,16 faiz səslə qalib gəlib.
Ukrayna parlamentinə daha 4 partiya keçib: "Həyat uğrunda - müxalifət platforması” – 13,05 faiz, "Batkivşina” – 8,18 faiz, "Avropa Həmrəyliyi” – 8,10 faiz və "Səs” – 5,82 faiz.
Qeyd edək ki, iyulun 21-də Ukraynada növbədənkənar parlament seçkiləri keçirilib.

© xezerxeber.az


110 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR