İrəvanda binaların birində partlayış baş verib

25.07.2019 15:23

Ermənistanın paytaxtı İrəvanda binaların birində baş verən partlayış nəticəsində xəsarət alan şəhər sakini qəlpə yaraları ilə xəstəxanaya çatdırılıb. 

Xezerxeber.az erməni KİV-nə istinadən xəbər verir ki, bu ölkənin Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, insident iyulun 25-də günorta saatlarında baş verib. Partlayışın baş verdiyi binaya və ətrafdakı əraziyə minaaxtaranlar və kinoloqlar göndərilib. Nazirliyin böhran vəziyyətlərinin idarə edilməsi mərkəzinin əməliyyat qrupu Yerevanın Koçinyan küçəsində başqa partlayıcı qurğuların olub olmadığını araşdırır.

Bildirilir ki, partlayışın baş verdiyi binada minaatan mərmisi tapılıb.

© xezerxeber.az


115 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR