Boris Conson yeni hökumətin ilk iclasını keçirib

25.07.2019 14:21

Böyük Britaniyanın yeni Baş Naziri Boris Conson yeni qurduğu hökumət kabineti ilə ilk iclasını keçirib.

APA-nın London bürosunun "BBC”yə istinadən verdiyi xəbərə görə, B.Conson kabinetdəki həmkarlarına Britaniya tarixindəki bu vacib mərhələdə qarşılarında çox mühüm bir vəzifə olduğunu qeyd edib.

Boris Consonun yeni qurduğu kabinetə görə Priti Patel ölkənin daxili işlər naziri vəzifəsinə, Ben Wallace müdafiə naziri vəzifəsinə təyin edilib. Əvvəlki daxili işlər naziri Sacid Cavid isə maliyyə naziri vəzifəsinə təyinat alıb.

Sabiq Brexit məsələləri üzrə nazir Dominik Raab Xarici İşlər naziri təyin olunub. Baş nazirlik uğrunda Boris Consonun əsas rəqibi Ceremi Hant isə Xarici İşlər naziri vəzifəsindən gedib.

Steve Barclay Brexit məsələləri üzrə nazir, Andrea Leadsom Biznes, Energetika və Sənaye Strategiyası işləri üzrə nazir təyin edilib. Boris Conson öz qardaşı Co Consonu isə Biznes, Energetika və Sənaye Strategiyası işləri üzrə nazir müavini təyin edib.

© xezerxeber.az


101 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR