Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Çin və ABŞ ticarət danışıqlarını bərpa edir

25.07.2019 14:10

Çin və ABŞ arasında ticarət məsələlərinə dair danışıqların 12-ci mərhələsi iyulun 30-31-də Şanxayda keçiriləcək.

Bu barədə Çinin Kommersiya Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Vaşinqtonla Pekin ticarət mübahisələrinin nizamlanması üzrə bir neçə ay danışıqlar aparıb. Danışıqların sonuncu, 11-ci raundu may ayının əvvəlində ABŞ-ın paytaxtında baş tutub. Lakin bundan sonra ikitərəfli məsləhətləşmələr dalana dirənib. ABŞ mayın 10-da Çindən idxal olunacaq məhsullara rüsumları növbəti dəfə - 10 faizdən 25 faizə qədər artırıb. Pekin isə buna cavab olaraq iyunun əvvəlindən ABŞ-dan idxal olunacaq 5 mindən çox məhsula rüsum tətbiq edib.

ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpinin iyunun 28-29-da Osaka şəhərində keçirilən G20 sammitində görüşü zamanı ticarət danışıqlarının bərpa olunması qərara alınmışdı. Donald Tramp 300 milyard dollar həcmində Çin məhsullarına yeni tariflər tətbiq etməməyi, həmçinin "Huawei” kompaniyasının fəaliyyətinə qoyduğu məhdudiyyətləri yumşaltmağı vəd edib. (AZƏRTAC)

© xezerxeber.az


110 dəfə oxunub

ÇOX OXUNANLAR