Somalidə terror aktı nəticəsində ən azı 2 nəfər ölüb

25.07.2019 12:45

Somalinin paytaxtı Moqadişoda terrorçu kamikadze qadının özünü partlatması nəticəsində ən azı iki nəfərin öldüyü, şəhər meri Əbdürrəhman Ömər Osmanın isə ağır yaralandığı bildirilir. Terror aktı paytaxt merinin BMT-nin nümayəndə heyəti ilə görüşü zamanı törədilib.

Xezerxeber.az Anadolu agentliyinə istinadən xəbər verir ki, yerli GaroweOnline saytının xəbərinə görə, ölənlər paytaxtın Əbdüləziz rayonunun komissarı Abdullahi Mohammed və Vaberi rayonunun rəhbəridir. Şəhər merinin müavini Abdullahi Tullah bildirib ki, partlayış paytaxt bələdiyyəsinin qarşısında törədilib. Onun sözlərinə görə, ölənlərin sayı daha çox ola bilər.

İnsidentlə bağlı hüquq-mühafizə orqanları tərəfindən təhqiqat aparılır. Heç bir silahlı qruplaşma terror aktına görə məsuliyyəti öz üzərinə götürməyib. Lakin hakimiyyət bu partlayışın Əl Saab terrorçu qruplaşması tərəfindən törədildiyi qənaətindədir.

İki gün əvvəl də Moqadişoda terrorçu kamikadzenin özünü partlatması nəticəsində 17 nəfər ölüb, 30-dan çox sakin yaralanıb.

© xezerxeber.az


101 dəfə oxunub

XƏBƏRLƏR

24.08.2019 12:05

Qəbələdə ev yanıb

ÇOX OXUNANLAR