Belarus diplomatı Ankarada güllələnib

25.07.2019 09:05

Belarusun Türkiyədəki Səfirliyinin diplomatı Alexandr Poganshev Ankarada silahlı hücuma məruz qalıb.

Xezerxeber.az xəbər verir ki, ağır yaralanan diplomat Ankara Güven Xəstəxanasına yerləşdirilib. Yaralı diplomat hazırda reanimasiya şöbəsindədir. Sağlamlığı ilə bağlı təhlükəli vəziyyət aradan qaldırılıb. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu xəstəxanaya baş çəkib, o cümlədən belaruslu həmkarı ilə də telefonda danışıb

Nazir M.Çavuşoğlunun məlumatına görə, diplomata silahlı hücum edən şəxs təqaüddə olan hərbçidir. O, diplomatı vurandan sonra intihar edib. İlkin məlumata görə, hadisə siyasi məqsədlə törədilməyib. Hadisə ilə bağlı tədqiqat aparılır.

© xezerxeber.az


143 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR