BMT Suriyada hücumları dərhal dayandırmağa çağırıb

23.07.2019 15:08

"Bəşər Əsəd rejiminin ordusu və onun müttəfiqləri Suriyanın şimal-qərbində deeskalasiya zonasında yaşayış obyektlərini intensiv hücuma məruz qoymağa davam edir”.

Xezerxeber.az-ın "Anadolu”ya istinadən verdiyi xəbərə görə, bunu BMT-nin Suriya böhranı üzrə regional humanitar koordinatorunun müavini Mark Katts bildirib.

Onun sözlərinə görə, Əsəd rejimi ordusunun və onun müttəfiqlərinin İdlib vilayətində Maarat an-Numan və Serakib rayonlarına hücumu nəticəsində onlarla dinc sakin ölüb. O bildirib ki, bu, son zamanlarda həyata keçirilmiş ən qanlı hücumdur.

"Qurbanların əksəriyyətini qadınlar və uşaqlar təşkil edir. Ölənlər arasında xilasedicilər və tibb işçiləri də var. Onların bədənləri tanınmaz haldadır. Xilasedicilər dağıntılar altında sağ qalanları qurtarmağa çalışırlar”, - M.Katts qeyd edib.

Koordinator müavini mülki şəxslərə, infrastruktur obyektlərinə hücumlara dərhal son qoymağa səsləyib.

© xezerxeber.az

FOTOQALERIYA






192 dəfə oxunub

XƏBƏRLƏR

07.12.2019 16:26

MSK iclas keçirdi

ÇOX OXUNANLAR