Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

ABŞ-da həbsdə olan türkiyəli bankir azad edilib

19.07.2019 18:22

Birləşmiş Ştatların İrana tətbiq etdiyi maliyyə sanksiyalarını pozduğuna görə ABŞ-da həbsdə olan türkiyəli bankir Məhmət Hakan Atilla iyulun 19-da azad edilib.

Xezerxeber.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Türkiyənin ən böyük maliyyə qurumlarından biri olan "Halk Bank”ın sabiq direktor müavini ABŞ-dakı Miqrasiya Departamentinə gətirilib və buradan İstanbula göndəriləcək.

Hakan Atilla 2018-ci ilin mayında Nyu-Yorkun Manhetten məhkəməsinin qərarı ilə İrandan alınan neft və qazın satışından əldə edilən maliyyə vəsaitinin qanunsuz köçürülməsində təqsirli bilinib və 3 il müddətinə azadlıqdan məhrum edilib. Rəsmi Ankara bu məsələ ilə bağlı dəfələrlə Vaşinqtona müraciət edib və bildirib ki, sözügedən cinayət işi Türkiyə-ABŞ münasibətlərinə ciddi zərər verir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə Hakan Atilla üzərində məhkəmə prosesini Ankaraya təzyiq vasitəsi kimi qiymətləndirib.

© xezerxeber.az


181 dəfə oxunub

XƏBƏRLƏR

24.08.2019 12:05

Qəbələdə ev yanıb

ÇOX OXUNANLAR