Alman polisi itkin düşmüş rusiyalı qadınların qətlə yetirildiyini istisna etmir

19.07.2019 17:39

Almaniyanın hüquq-mühafizə orqanları Münxen şəhərində itkin düşmüş rusiyalı qadınlara qarşı zorakılıq tətbiq edildiyini və onların artıq həyatda olmadıqlarını istisna etmir. 

Xezerxeber.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə "Bild" qəzeti alman polisinə istinadla məlumat verib. Qəzetin materialında qeyd edilir ki, qanun keşikçiləri bütün dəlillərin zorakılıq cinayəti törədildiyinə işarət etdiyi qənaətindədirlər. Cinayət işini Münxen polisinin qətllərin təhqiqatı şöbəsi aparır.

Rusiyanın Münxen şəhərindəki Baş konsulluğu istintaqın gedişində heç bir yenilik olmadığını, qadınların yaxınları ilə əlaqə saxladığını bildirib. Əlavə edib ki, alman polisi istintaqın gedişi barədə məlumatı açıqlamaq məcburiyyətində deyil.

Rusiyanın Almaniyadakı səfirliyi bildirib ki, iyulun 18-də Mariya və Tatyana Q. adlı qadınlar müəmmalı şəkildə yoxa çıxıblar. Münxen polisi 41 yaşlı ana və onun 16 yaşlı qızının Ticarət mərkəzinə getmək üçün yaşadıqları evdən çıxdıqlarını və onlardan bir daha xəbər alınmadığını bildirib. Alman polisinin internet saytında ana və qızın fotoşəkilləri yerləşdirib və barələrində axtarış elan olunub.

© xezerxeber.az


213 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR