Türkiyədə “15 İyul” hadisələri ilə bağlı daha 43 nəfərə ömürlük həbs cəzası verilib

17.07.2019 17:44

Türkiyədə 15 iyul - hərbi çevrilişə cəhddə təqsirləndirilən daha 159 nəfərin cinayəti işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, İstanbulda keçirilən prosesdə həmin vaxt Atatürk Hava limanını tutmaqda təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən, 43 nəfər azadlıqdan ömürlük məhkum edilib, 76 nəfərə 12 il 6 ay aylıq həbs cəzası verilib. Digərləri müxtəlif cəzalara məhkum edilib.

Qeyd edək ki, 2016-cı il iyulun 15-də Türkiyədə FETÖ terror təşkilatı hərbi çevrilişə cəhd edib. Çevrilişin qarşısını almağa çalışan 250 nəfər həlak olub, 2 mindən çox şəxs yaralanıb. Bu iş üzrə 540 min iş üzrə istintaq aparılıb, on minlərlə şəxs həbs olunub. FETÖ üzvlərinin aşkarlanması və həbsi istiqamətində tədbirlər davam edir.

© xezerxeber.az


133 dəfə oxunub

ÇOX OXUNANLAR