Əbu-Dabi ən təhlükəsiz şəhərlər siyahısında birinci yerdədir

17.07.2019 14:09

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi dünyanın ən təhlükəsiz şəhərləri siyahısında növbəti dəfə birinci yeri tutub.

"Numbeo” tədqiqat xidmətinin dərc etdiyi məlumata görə, təhlükəsizliyin səviyyəsi barədə araşdırma cəmi 328 şəhərdə aparılıb və nəticədə birinci üçlüyə Əbu-Dabi, Doha (Qətər) və Kvebek (Kanada) daxil edilib. Daha sonra siyahıda Taypey, Münhen, Dubay, Sürix, Bern, Honkonq və Türkiyənin Əskişəhəri yer alıb.

Ən təhlükəli şəhərlər siyahısında isə ilk onluğa Karakas (Venesuela), Pitermaritsburq (Cənubi Afrika Respublikası), Port-Morsbi (Papua - Yeni Qvineya), üç Cənubi Afrika şəhəri – Pretoriya, Durban və Yohannesburq və üç Braziliya şəhəri – Fortaleza, Salvador və Rio-de-Janeyro daxildir. (AZƏRTAC)

© xezerxeber.az


208 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR