Avropa İttifaqı Komissiyasına prezident seçilib

17.07.2019 11:30

Almaniyanın sabiq Müdafiə naziri Ursula fon der Lyayen Avropa İttifaqı (Aİ) Komissiyasının prezidenti seçilib. 

Xezerxeber.az xəbər verir ki, xanım Lyayenin namizədliyinə Avropa Parlamenti deputatlarının yarıdan çoxu – 383 nəfər səs verib. Deputatlardan 327-si onun əleyhinə səs verib, bir bülleten isə etibarsız sayılıb.

Aİ Komissiyasının yeni prezidenti noyabrın 1-dən öz vəzifələrinin icrasına başlayacaq. Məhz həmin gün hazırkı prezident Jan-Klod Yunkerin səlahiyyət müddəti başa çatır. Lakin Aİ Komissiyasının yeni başçısı indidən 2019-2024-cü illər üçün Komissiyanın yeni tərkibinin formalaşdırılmasına başlamalıdır. Aİ-yə üzv dövlətlərin hər biri Avropa komissarı postu üçün bir namizəd irəli sürməlidir. Bundan sonra Avropa Parlamenti payız aylarında onların səlahiyyətlərini təsdiq edəcək.

© xezerxeber.az


147 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR