Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Başları bitişik olan əkizlər üzərində nadir cərrahiyə əməliyyatı aparılıb

16.07.2019 14:53

Böyük Britaniyadakı hərbi hospitalda başları bitişik olan əkizlər üzərində nadir cərrahiyyə əməliyyatı aparılıb. AZƏRTAC BBC telekanalının saytına istinadla xəbər verir ki, bədənləri bitişik siam əkizlərindən fərqli olaraq, Səfa və Mərvə adlı bu iki körpənin başlarının bir-birindən ayrılması üzrə əməliyyat daha ağır olub.

Londonda aparılan əməliyyatda 20 nəfərlik həkim və tibb bacısı iştirak edib. Əməliyyatın ağır olması və onun unikallığı əkiz bacıların üst beyin nahiyəsinin və oradakı qan damarlarının bir-birindən ayrılması və onların ayrı-ayrılıqda fəaliyyətinin bərpa olunması olub. BBC-nin reportajında göstərilib ki, həssas əməliyyatın gedişində ağrıların dözülməz olduğunu nəzərə alan anesteziya həkimləri həyəcan siqnalı veriblər. Bacılardan birinin beyin nahiyəsindən axan qan laxtalanmayıb və sürətlə digər əkizin beyninə axıb. Onun ürək atışlarının ritmi də dayanıb və nəticədə ölüm təhlükəsi yaranıb. Anesteziya həkimləri əlavə dərmanlarla vəziyyəti sabitləşdirə biliblər və birinci əkizin ürəyində şok əməliyyatı həyata keçiriblər. Əsas problem ondan ibarət olub ki, əkizlərdən birinin həyatını itirməsi digərinin də ölümünə səbəb ola bilərdi.

Lakin cərrahların yüksək peşəkarlığı nəticəsində başları bitişik olan pakistanlı əkiz bacıları xilas etmək mümkün olub və cərrahiyyə əməliyyatı uğurla başa çatıb. Körpələrin başları bir-birindən ayrılıb və onlara əlavə dəri tikilib. Əməliyyat bir sutkaya yaxın davam edib.

Alimlər bildirirlər ki, bədən və başları bitişik olan körpələrin doğulması ehtimalı hər 2,5 milyonda bir baş verir.

© xezerxeber.az

FOTOQALERIYA






135 dəfə oxunub

XƏBƏRLƏR

24.08.2019 12:05

Qəbələdə ev yanıb

ÇOX OXUNANLAR