Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Hindistanda bina çöküb, ölənlər var

16.07.2019 14:31

Hindistanda qəzalı binanın çökməsi nəticəsində ən azı 2 nəfər ölüb. 

Xezerxeber.az xəbər verir ki, Mumbay şəhərindəki 100 il əvvəl tikilmiş qəzalı binada 15 ailə yaşayıb. Şəhər polisinin nümayəndəsi Sandeep Baqdikar bildirib ki, dağıntılar atında qalmış sakinlərin tapılması üçün axtarış-xilasetmə işləri aparılır. Onun sözlərinə görə, tikilinin relyefi xilasedicilər və texnikanın işləməsi üçün əlverişli deyil.

Şəhər rəsmiləri qeyd ediblər ki, bir neçə gündür davam edən musson yağışları nəticəsində meydana gəlmiş daşqınlar və torpaq sürüşməsi bir çox binaların qəzalı vəziyyətə düşməsinə səbəb olub. Bundan əvvəl də Solan qəsəbəsində binanın çökməsi nəticəsində 14 nəfər həyatını itirmişdi.

© xezerxeber.az


116 dəfə oxunub

XƏBƏRLƏR

24.08.2019 12:05

Qəbələdə ev yanıb

ÇOX OXUNANLAR