Hindistanda musson yağışları nəticəsində 51 nəfər ölüb

15.07.2019 21:48

Hindistanın şimal-şərqində yerləşən 7 ştatda musson yağışları nəticəsində 51 nəfər ölüb, çoxlu sayda insanın itkin düşdüyü bildirilir.

Xezerxeber.az xarici mediaya istinadən xəbər verir ki, musson yağışlarından daha çox Assam ştatı zərər görüb. Burada 2,6 milyon insan evsiz-eşiksiz qalıb, 11 nəfər həlak olub. Təxliyə edilən 17 min insan hökumətin qurduğu 327 çadırda yerləşdirilib. Ölkənin şimalında yerləşən Uttar-Pradeş və Bihar ştatlarında sel və daşqınlar nəticəsində 1,9 milyon sakin zərər görüb.

Meteoroloqlar növbəti günlərdə Hindistanın şimal-şərq bölgələrində daha şiddətli leysan yağışlarının olacağını proqnozlaşdırırlar.

© xezerxeber.az


121 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR